Donald Trampın Kanadaya tətbiq edəcəyi rüsum ölkədə siyası çxanaşma yaradıb.
Turkustan.az xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdonun vəzifədən gedəcəyi bildirilib. Torontoda yerləşən “The Globe and Mail” qəzetindəki üç mənbəyə əsaslanan hesabatda bildirilib ki, Liberal Partiya daxilində ona qarşı artan təzyiqlər səbəbiylə Trüdonun bu həftə istefa verəcəyi gözlənilir.
Xəbərə görə, Trüdo istefasını çərşənbə günü keçiriləcək Liberal Partiyanın qurultayından əvvəl elan edə bilər. Hesabatda bildirilib ki, Trüdonun istefasından sonra partiyanın yeni liderlik axtarışında olduğu müddətdə onun müvəqqəti olaraq vəzifəsində qalıb-qalmayacağı da bəlli deyil.
Trüdo daha əvvəl 2025-ci ilin oktyabrında keçirilməsi planlaşdırılan seçkilərə qədər vəzifəsində qalacağına söz vermişdi. Lakin Trampın Kanada mallarına 25 faiz gömrük rüsumunun tətbiq edəcəyi ilə bağlı hədələri vəziyyəti dəyişdirib.
Bildirək ki, Kanadanın maliyyə naziri və baş nazirin müavini Kristia Friland Trampın rüsum tətbiq etməsinə qarşı görüləcək tədbirlərlə bağlı Trüdo ilə fikir ayrılıqlarından sonra dekabr ayında istefa verib.
Aytən Yaşar/ Turkustan.az