Co Bayden İsrailə dəstək olmağa davam edir.
Turkustan.az xəbər verir ki, ABŞ-da hakimiyyəti təhvil verməyə hazırlaşan prezident Co Bayden son imzalarından birini edib. O, İsrailə 8 milyard dollarlıq nəhəng silah paketi satıb. Qəzzada atəşkəs danışıqları yenidən başlasa da, satılan paket reaksiyaya səbəb olub.
Amerikanın "Axios" xəbər saytına danışan ABŞ rəsmiləri, Co Bayden administrasiyasının hərbi dəstək paketi ilə bağlı Konqresə məlumat verdiyini bildiriblər. Bu satışa döyüş təyyarələri üçün hava-hava raketləri, 155 millimetrlik artilleriya mərmiləri və hücum helikopterləri üçün Hellfire AGM-114 raketləri daxildir.
ABŞ Dövlət Departamentinin brifinqində razılaşmanın kritik sursat ehtiyatlarını və hava hücumundan müdafiə imkanlarını bərpa etməklə İsrailin uzunmüddətli təhlükəsizliyini dəstəkləmək məqsədi daşıdığı bildirilib. Sözügedən yardımdan başqa, ABŞ administrasiyası oktyabrın 7-dən bu yana İsrailə 22 milyard dollardan çox birbaşa hərbi yardım və əməliyyat dəstəyi göstərib.
Aytən Yaşar/ Turkustan.az