Şolzdan açıqlama gəldi: Putinlə görüşəcək?


Şolz Putinlə görüşüb-görüşməyəcəyi ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz fevralın 23-də keçiriləcək ümumi seçkilərdən əvvəl Moskvaya gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi iddiasını təkzib edib.

Şolz Sosial Demokrat Partiyasının (SDP) Berlindəki tədbirində verdiyi açıqlamada, Moskvaya gedəcəyi iddiasına, “Bu yalan və son dərəcə yersiz bir iddiadır, bu cür məlumatlar yaya bilməzsiniz"-deyə, o etiraz edib.

Digər tərəfdən Xristian Demokrat Partiyasından millət vəkili Roderich Kiesewetter X sosial media platformasındakı paylaşımında deyib: “Biz özümüzü seçki kampaniyası sürprizinə hazırlamalıyıq". Lakin o, daha sonra bu yazısını silib.

Hökumət sözçüsü Steffen Hebestreit, Kiesewetterin iddiası ilə bağlı hüquqi addım ata biləcəklərini açıqlayıb.

Alman Nəşriyyatlar Şəbəkəsinə danışan Hebestreit, Kiesewetterin açıqlamasının böhtan olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ