Suriyadakı yeni hökumət PKK terrorçularından silahı yerə qoymağı tələb edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Hürriyət” nəşrinin yazarı Abdulqadir Selvi yazıb.
Onun sözlərinə görə, Suriyadakı yeni hökumət nümayəndələri ilə PKK arasında iki görüş keçirilib:
“PKK silahı yerə qoymaq müqabilində yeni hökumətdən ordunun tərkibində diviziya və ya korpus şəklində hərbi birlik və eyni zamanda Suriyadakı neft yataqlarının 50 faizini istəyib. Lakin Dəməşq bu şərtləri müzakirə belə etməyib. Tələb edilib ki, PKK silahı yerə qoyacaq, terror təşkilatı daxilində suriyalı olmayanlar ölkəni tərk edəcək, sayları 20-yə yaxın olan idarə heyətinin üzvləri isə Almaniya, İsveçrə və ya Belçikaya gedəcək”./axar.az