Tramp İraqdan İranpərəst qüvvələrin sıxışdırılmasını istədi - İDDİA


Donald Trampla bağlı daha bir iddia səsləndirilib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın İraqın baş naziri Məhəmməd Şia əs-Sudaniyə İranın dəstəklədiyi qrupların İraqdakı təsirini məhdudlaşdırmaq və Suriyadakı yeni administrasiyanın daxili işlərinə qarışmamaq barədə göstəriş verdiyi iddia edilib.

Yerli mətbuatda adı açıqlanmayan siyasi mənbəyə əsaslanan xəbərə görə, Trampın məsələ ilə bağlı Sudana mesajını xüsusi bir nümayəndə vasitəsilə çatdırdığı iddia edilib.

Dünən verdiyi açıqlamada Sudani Suriyada qarşıdurma başlayandan bəri "İraqın neytrallığını qoruduğunu" bildirib və "Heç bir kənar tərəfin İraqa iqtisadi və ya təhlükəsizliklə bağlı dəyişiklik və ya islahatlar tətbiq etməyə haqqı yoxdur" deyib.

İraqın baş nazirinin yanvarin 8-də rəsmi səfər çərçivəsində İrana gedəcəyi və görüşlərdə ikitərəfli münasibətlərin müzakirə olunacağı açıqlanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ