ABŞ və İsrail Türkiyəyə qarşı şok planı işə saldı - DETALLAR


PKK-nın Suriya qanadı olan PYD/YPG terror qruplaşması İsrail və ABŞ-dan dəstək istəyir.

Turkustan.az xəbər verir ki, Türkiyə mediası həm Vaşinqtonun, həm Təl-Əvivin qruplaşmanın mövcudluğunu saxlamağa çalışdığını iddia edir.

“İsrael Hayom” qəzeti isə yazır ki, artıq Təl-Əvivlə PYD/YPG qruplaşması arasında rəsmi təmaslar başlayıb.

Qəzetin məlumatına görə, İsrailin xarici işlər naziri Gideon Saar PYD/YPG-nin nümayəndəsi İlham Ahmedlə telefon söhbəti aparıb. Bu, İsrail və qruplaşma arasında ilk rəsmi təmasdır.

Müzakirələrdə İ.Ahmed Suriyanın yeni hakimiyyətindən narazı olduqlarını bildirib.

PYD\YPG mənbələri Saarın terror qruplaşmasına “pozitiv vədlər” və zəmanət verdiyini vurğulayırlar.

Qeyd edək ki, ABŞ-ın PYD/YPG terrorçularına dəstək məqsədilə Suriyanın şimalındakı Ayn əl-Ərəb (Kobani) şəhərində baza qurduğu haqda məlumatlar yayılıb. /publika.az/


MANŞET XƏBƏRLƏRİ