Yunanıstanda keçmiş baş nazir Kostas Simitis vəfatı edib.
Turkustan.az xəbər verir ki, bu gün səhər saatlarında təcili yardım maşını ilə Korintos Xəstəxanasına aparılan baş nazir xəstəxanaya çatanda dünyasını dəyişib. Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, vəfat edən 88 yaşlı Simitisin dəfn xərcləri dövlət büdcəsindən qarşılanacaq.
Mərasim yanvarın 9-da yerli vaxtla saat 12:00-da keçiriləcək, protokolla "baş nazir vəzifəsini icra edərkən həyatını itirən şəxs" üçün tətbiq olunacaq.
Simitis üçün elan edilən milli matəmlə əlaqədar bütün dövlət qurumlarında bayraqlar 4 gün ərzində yarıya qədər endiriləcək.
1936-cı ildə anadan olan Simitis Yunanıstanda dəfələrlə hakimiyyətdə olan PASOK-un qurucu üzvlərindən biri olub. O, həmçinin 1996-2004-cü illərdə həm partiya lideri, həm də baş nazir vəzifələrində çalışıb.
Hüquq və iqtisadiyyat təhsili alan Simitis bir çox universitetdə akademik kimi də dərs deyirdi.
Aytən Yaşar/ Turkustan.az