Suriyada daha bir kütləvi məzarlıq tapıldı: 1500 cəsəd - VİDEO


Kütləvi məzarlıqda devrilmiş rejim tərəfindən öldürülən mülki şəxslərə aid olduğu düşünülən cəsədlərin qalıqları aşkar edilib.

Turkustan.az xəbər verir ki, Baas rejiminin devrilməsindən sonra ölkə daxilində aparılan axtarış və yoxlama tədbirləri zamanı kütləvi məzarların üstü açılmağa davam edir.

Suriyanın Hələb vilayətinin Nakkarin kəndində devrilmiş lider Bəşər Əsəd rejimi tərəfindən öldürülən mülki şəxslərə aid olduğu güman edilən cəsədlərin qalıqlarının olduğu kütləvi məzarlıq tapılıb. Məzarda təxminən 1500 nəfərin cəsədinin olduğu bildirilir.

Qeyd olunur ki, Suriyada hələ aşkar edilməmiş çoxlu kütləvi məzarlıqlar var. Bunların araşdırılmasında məqsəd tapılan meyitlərin eksqumasiyası, onların şəxsiyyətinin müəyyən edilməsi və itkin düşənlərin taleyinin üzə çıxarılmasıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ