Sabiq nazirin əmlakının ümumi dəyəri təxminən 24 milyard rus rublu təşkil edir.
Turkustan.az xəbər verir ki, məhkəmə icraçıları cinayət birliyi yaratmaqda, dələduzluqda və digər cinayətlərdə təqsirli bilinən Rusiya Federasiyasının Açıq Hökumət üzrə keçmiş naziri Mixail Abızova məxsus təxminən 24 milyard rus rubul dəyərində əmlakın müsadirə edilməsi proseduruna başlayıb. Bu, TASS-ın tədqiq etdiyi məhkəmə materiallarından görünür.
2024-cü ilin sonunda əmlakın müsadirə edilməsi üçün icra vərəqələri müvafiq icra icraatına başlayan məhkəmə icraçılarına verilib.
Bildirək ki, ümumilikdə, keçmiş məmura qarşı 2020-ci ildən 2024-cü ilin sonuna qədər olan müddətdə yeddi cinayət işi açılıb.
Aytən Yaşar/ Turkustan.az