Ukrayna silahlı qüvvələri 2024-cü ildə Rusiyanın 3000-dən çox tankını və 9000-ə yaxın zirehli texnikasını məhv edib və ya zədələyib.
Turkustan.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
“Zirehli texnikaların və tankların hazırkı istehsal tempi göstərir ki, Rusiya uzunmüddətli perspektivdə bu cür itkiləri konpensasiya edə bilməyəcək. Üstəlik, nəzərə almaq lazımdır ki, Rusiya Sovet dövründən qalma ehtiyatlardan istifadəyə davam edir. Rusiya qüvvələri son həftələrdə cəbhə xəttinin ən aktiv hissələrinə hücumlarda daha az zirehli texnikadan istifadə edib. Səbəb Sovet ehtiyatları azaldıqca onları qorumaq ola bilər”, – deyə hesabatda vurğulanıb./Globalinfo.az