Çində yeni virus (metapnevmovirusu) yayılıb.
Turkustan.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi dekabrın 23-dən 29-dək aparılan tənəffüs nümunələrinin analizlərinin nəticələrinə istinadən məlumat yayıb.
Mənbə qeyd edir ki, metapnevmovirusun (hMPV) Covid-ə bənzər simptomları var: titrəmə, öskürək, boğaz ağrısı, zəiflik və başgicəllənmə.
Xəstəxanalarda, xüsusən də uşaq palatalarında sıxlığın olduğu, bəzi rayonlarda fövqəladə vəziyyətin elan olunduğu barədə xəbərlər yayılsa da, hələlik rəsmi açıqlama verilməyib.
KİV-in məlumatına görə, ilk yoluxmuş insanlar artıq Britaniyada aşkarlanıb.
Bizim.Media