Həmas: İsraillə atəşkəs üçün danışıqlar yenidən başladı


Həmas ilə İsrail arasında buzlar əriyir.

Turkustan.az xəbər verir ki, Həmas Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəs üçün İsraillə yenidən dolayı danışıqlara başladığını açıqlayıb.

“Dohada dolayı danışıqlar yenidən başladı. Danışıqların bu raundunda tam atəşkəs, işğalçı qüvvələrin Qəzzadan çıxarılması və köçkünlərin öz evlərinə qayıtması ilə nəticələnən razılaşmaya diqqət yetiriləcək ”-deyə, bildirib.

Açıqlamada, HƏMAS-ın Fələstin xalqının istəkləri istiqamətində ən qısa zamanda razılaşmaya ciddi və müsbət yanaşma ilə çalışdığına diqqət çəkilərək, razılaşmanın məqsədinin İsrailin hücumunu dayandırmaq olduğu vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ