Rusiya ilə Almaniya arasında gərginlik artır.
Turkustan.az xəbər verir ki, Baas rejiminin süqutundan sonra 2015-ci ildən bu yana rejimin ən mühüm müttəfiqlərindən biri olan Rusiyanın Suriyadakı bazalarının taleyinin necə olacağı müəmmalı olaraq qalır. Kremlin sözçüsü Dmitri Peskov Suriyada yeni administrasiya ilə dialoqda olduqlarını bildirərkən, Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiyanın indi Suriyanı tərk etməli olduğunu bildirib.
Baerboka cavab Rusiya Xarici İşlər Nazirliyindən gəlib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Baerboka öz ölkəsinə diqqət yetirməyi tövsiyə edib.
Zaxarova: "Almaniya xarici işlər naziri Rusiyanın Suriyadakı bazaları ilə bağlı spekulyasiya etməkdənsə, öz ölkəsindəki ABŞ bazalarının gələcəyi haqqında danışmalıdır".
Bildirək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti bu yaxınlarda ABŞ və Böyük Britaniyanın Rusiyanın Suriyadakı hərbi bazalarına terror hücumu planlaşdırdığını iddia edib.
Aytən Yaşar/ Turkustan.az