Qrenlandiya ilə bağlı qalmaqallı açıqlamalar gəlməkdə davam edir.
Turkustan.az xəbər verir ki, Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın rəhbərliyi altında Qrenlandiyanın ABŞ-a hipotetik birləşdirilməsi NATO üçün fəlakətli nəticələrə səbəb olacaq. Bu qiymətləndirməni "The Hill" qəzeti edib .
“NATO üzvü olan Danimarkanın etirazlarına görə, Trampın Qrenlandiyanı ələ keçirməsi NATO-nun sonu demək olardı, çünki onun aparıcı qüvvəsi digər üzvün ərazi bütövlüyünü pozarsa, alyansın heç bir üzvü sağ qala bilməz”-deyə, qəzet yazır. Qəzet yaxın tarixdə “Danimarkanın suverenliyini pozan yeganə ölkənin Hitler Almaniyası olduğunu” qeyd edərək, “Amerikanın onunla bərabər durmağa çalışmamalı olduğunu” vurğulayır. Eyni zamanda, "The Hill"-ə görə, Tramp administrasiyasının belə bir addımı Çin tərəfindən hipotetik “Tayvana işğal” üçün bəraət qazandıra bilər.
Trampın 2019-cu ildə ilk prezidentliyi dövründə Amerika mediası onun Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanı əldə etmək imkanı ilə maraqlandığını yazıb. Bundan sonra krallığın səlahiyyətliləri bu fikri absurd adlandıraraq Qrenlandiyanın satışını müzakirə etməkdən imtina etdilər.
2024-cü ilin dekabrında Tramp bildirib ki, Vaşinqton Qrenlandiyaya nəzarət etməlidir. Birləşmiş Ştatlar hesab edir ki, Qrenlandiyanın “sahibliyi və nəzarəti” tamamilə zəruridir. Buna cavab olaraq adanın baş naziri Mute Egede vurğulayıb: "Biz satılıq deyilik!"
Aytən Yaşar/ Turkustan.az