Tehran Rusiya, Çin və Hindistanla diplomatik-siyasi, iqtisadi-ticari və hərbi-texniki əlaqələrini genişləndirir.
Turkustan.az “ISNA” agentliyinə istinadən xəbər verir ki, Pezeşkian hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib ki, İran Hindistan, Çin və Rusiya ilə münasibətlərin genişləndirilməsi istiqamətində addımlarını daha da sürətləndirib:
“İran hər üç ölkə ilə iqtisadi əlaqələri daha da inkişaf etdirir.
BRİKS üzvləri ilə münasibətlərin genişlənməsi İranın xarici siyasətində xüsusi əhəmiyyət kəsb edir”.
Mühacirani vurğulayıb ki, İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazşinin yanvarın 17-də imzalanacağı gözlənilir. /Cebheinfo.az/