Rusiyaya məxsus sərnişin təyyarəsi Misirə məcburi eniş etdi


Rusiyaya məxsus sərnişin təyyarəsi texniki nasazlığa görə məcburi eniş edib.

Turkustan.az xəbər verir ki, Misir Mülki Aviasiya Nazirliyindən verilən açıqlamada, “Yanvarın 3-ü axşam Rusiyanın Ural Hava Yollarına məxsus Airbus A-321 təyyarəsi Şarm əl-Şeyx hava limanından Şarm əl-Şeyx hava limanına məcburi eniş etməli olub"-deyə, bildirilib.

Əlavə edilib ki, təyyarənin pilotu havaya qalxdıqdan 10 dəqiqə sonra mühərriklərdən birində texniki nasazlıq aşkarlandığını xəbər verib.

Təyyarə hava limanına təhlükəsiz eniş etdikdən sonra sərnişinlərin hamısı beynəlxalq terminala köçürülüb.

Açıqlamada qeyd olunub ki, ekspert qrupları nasazlığın səbəbini müəyyən etmək və lazımi təmir işləri aparmaq üçün prosesə başlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ