Putin Ukraynaya nüvə zərbəsi endirməkdən necə çəkindirilib? - "Financial Times"


Bayden administrasiyası Putinin Ukraynaya qarşı nüvə zərbəsi endirə biləcəyi ilə bağlı təhlükələri kifayət qədər ciddi qəbul edib.

Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinkenin "Financial Times”a verdiyi müsahibəyə görə, Putini nüvə silahından istifadə etməkdən, ehtimal ki, Çin çəkindirib.

Onun sözlərinə görə, Vaşinqton Rusiyanın nüvə təhdidləri ilə bağlı "çox narahat olub”, çünki amerikalıların məlumatına əsasən, Putin ən azı Ukraynaya qarşı nüvə silahından istifadə variantını "dəyərləndirirmiş”. "Əgər ehtimal 5 faizdən 15 faizə qalxırsa və söhbət nüvə silahından gedirsə, bundan ciddi bir şey yoxdur”, – deyə Blinken vurğulayıb.

Blinkenin sözlərinə görə, Ukraynadakı müharibə ABŞ ilə Çin arasında yeni bir qarşıdurma nöqtəsi olsa da, nüvə məsələsi Pekinin, ehtimal ki, Vaşinqtona kömək etdiyi azsaylı problemlərdən biri olub.

"Əlimizdə Rusiyaya "bu addımı atmayın” deyən Çinin onlarla əlaqə qurduğuna dair əsaslar var”, – deyə Blinken qeyd edib.

O əlavə edib ki, bu, ehtimal ki, ABŞ-ın Çinə Putinin kosmosda nüvə silahı yerləşdirmək planları barədə məlumat verdiyi zaman baş verib.

Xatırladaq ki, noyabr ayında Rusiya yeni nüvə doktrinasını təsdiqləyib. Bu doktrina müddəaları elə yazılıb ki, hazırda Ukraynaya qarşı nüvə silahından istifadə imkanını vurğulasın. Məsələn, Rusiya öz ərazisinə pilotsuz uçuş aparatlarının buraxılmasına cavab olaraq nüvə zərbəsi endirməyi mümkün hesab edir.

Kreml nüvə təxribatları üçün xüsusilə Aleksandr Lukaşenkodan fəal şəkildə istifadə edir. Məsələn, dekabr ayında Lukaşenko Belarusun indi onlarla nüvə başlığına malik olduğunu bildirərək öyünüb. /Qaynarinfo/


MANŞET XƏBƏRLƏRİ