Çin Tayvana müharibə elan edir? - ŞOK AÇIQLAMA


Çin Tayvanı özünə birləşdirmək istəyir.

Turkustan.az xəbər verir ki, Çin və Tayvan arasındakı gərginlik Çin prezidenti Si Cinpinin bəyanatı ilə daha da artıb: "Tayvan boğazının hər iki tərəfindəki Çin xalqı tək bir ailədir. Bizim qan bağımızı heç kim qıra bilməz və heç kim tarixi tendensiyanı dayandıra bilməz. Bu vətənin yenidən birləşməsidir”.

Qeyd olunur ki, Çin Tayvanı öz ərazisi hesab edir. Buna görə də o, çoxdan Tayvanı Çinə inteqrasiya etmək istəyirdi. Lakin Taypey administrasiyası illərdir bu fikrin əleyhinədir. O, Çin-Tayvan qovuşmasının olmayacağını vurğulayır. Bununla belə, Pekin administrasiyası hər fürsətdə Tayvanı sıxışdırır və blokadaya alır. Tez-tez adaya döyüş gəmiləri göndərmək və real təlimlər keçirmək onlardan yalnız biridir.

Tayvan lideri Lai Çinq-te də Si Cinpinin bəyanatından sonra kameralar qarşısına keçərək, Çinin artan təhdidləri qarşısında adanın müdafiəsini gücləndirəcəyinə söz verib. "Tayvan hətta sülh dövründə belə təhlükəyə hazır olmalıdır. Onlar müdafiə qüvvələrini artırmaq üçün milli təhlükəsizlik büdcələrini artıraraq ölkəni müdafiə etmək əzmlərini nümayiş etdirməlidirlər. Hər kəs Tayvanın demokratiyasını və təhlükəsizliyini müdafiə etməkdən məsuldur"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ