Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı və qızı ilə son səfəri zamanı Vatikanda bir hotel otağının qiymətinin 787 min dram (təxminən 2 min dollar) təşkil etdiyini bildirib.
Paşinyan bu barədə sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, ötən ilin noyabrında səfərlərinin xərcləri ilə bağlı yaranan hay-küydən xəbər tutub və bu şənbə səhəri o, bir hotel otağında çəkilmiş video görüntüləri yayımlayıb. Eyni zamanda, o, özünün elə həmin gün geri qayıtdığını, həyat yoldaşı Anna Akopyanın isə dövlətlərarası tədbirdə iştirak etməli olduğu üçün orada qaldığını bildirib.
Qeyd edək ki, hələ dekabr ayında mətbuatda məlumat yayılmışdı ki, əslində Vatikana səfərə milyonlarla dövlət vəsaiti xərclənib və Akopyan orada bir həftəyə yaxın qalıb. Bununla əlaqədar olaraq Panorama.am xərclər barədə məlumat almaq üçün baş nazirin xanımının ofisinə rəsmi sorğu göndərib. Akopyanın ofisi sorğunu icraçı direktoru Akopyan olan “Mənim addımım” fonduna göndərib. Fond etik standartlar və düzgünlük nöqteyi-nəzərindən kifayət qədər mübahisəli cavab verib, O, sorğu göndərən jurnalistə Akopyanla görüşə gəlməyi tövsiyə edib. /Cebheinfo.az/