Suriyada əsgərləri silahlarını təhvil verməyə çağırıblar.
Turkustan.az xəbər verir ki, Suriyada silahlarını təhvil verməkdən imtina edənlərə qarşı əməliyyat davam edir.
Ölkənin hərbi əməliyyatlar komandanlığı və daxili işlər nazirliyi qrupları Homsda “silahların çatdırılması” əməliyyatının düyməsini basdıqlarını açıqlayıb. Suriyadakı yeni administrasiya çağırış edərək, keçmiş Suriya ordusunda xidmət edənlərdən silahlarını təhvil vermələrini istəyib.
Hökumət bildirib ki, silahlarını təhvil verməyənlərə qarşı başladılan “təhlükəsizlik əməliyyatı” davam edir və edəcək.
Bildirək ki, bu günə qədər yüksək sayda əsgərlər silahlarını təhvil verib. Qısa müddətdə təxminən 30 min silah toplanıb. Ancaq hələ də yeni administrasiyadan qaçıb onlara silah verməyən ordu üzvləri mövcuddur.
Aytən Yaşar/ Turkustan.az