Ağ Ev: Trampın andiçmə mərasimi bayraqların endirilməsi qərarına təsir etməyəcək


Ağ Ev Trampın andiçmə mərasimi ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Ağ Ev yanvarın 20-nə planlaşdırılan Donald Trampın andiçmə mərasimi ilə əlaqədar ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin xatirəsinə bayraqları yarıya endirmək qərarına yenidən baxmaq niyyətində deyil. Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

Bildirək ki, ABŞ prezidenti Co Bayden daha əvvəl keçmiş Amerika lideri Cimmi Karterin xatirəsinə hökumət binalarında bayraqların 30 gün ərzində yarıya endirilməsini əmr etmişdi.

Trump isə Baydenin bu qərarını tənqid edib. ABŞ administrasiyasının növbəti rəhbəri isə ona yenidən baxıla biləcəyini istisna etməyib.

Tramp özünün Truth Social səhifəsində yazıb: "Heç kim bunu görmək istəmir və heç bir amerikalı buna sevinə bilməz. Hər şeyin sonda necə olacağını görəcəyik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ