Fələstinli nümayəndə BMT-dəki çıxışı zamanı ağlayıb - VİDEO


Riyad Mənsur göz yaşlarına hakim ola bilməyib.

Turkustan.az xəbər verir ki, Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur İsrailin hava hücumu nəticəsində həlak olan Qəzza həkiminin mesajını göz yaşları içində oxuyub.

Əl-Auda xəstəxanasında işləyən doktor Mahmud Əbu Nuceylə yazıb: "Sona qədər qalanlar bu hekayəni danışacaqlar, biz əlimizdən gələni etdik, bizi hər zaman xatırlayın". Bu mesaj 2023-cü ilin noyabrında xəstəxananın lövhəsində tapılıb.

“Bu sözlər qeyri-insani şəraitdə çalışan həkimlərin cəsarətinin və fədakarlığının sübutudur”-deyə, Mansur BMT Təhlükəsizlik Şurasının Qəzzadakı vəziyyətlə bağlı fövqəladə iclasında qeyd edib: “Doktor Nuceylanın itkisi təkcə Qəzza üçün deyil, bütün dünya üçün faciədir".

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, münaqişə başlayandan bəri 45 mindən çox fələstinli ölüb, 108 mindən çoxu yaralanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ