Pentaqon: Biz Suriyada baza yaratmırıq


"ABŞ-la bağlı bu iddia əsassızdır".

Turkustan.az xəbər verir ki, Pentaqonun sözçüsü Sabrina Sinq bildirib ki, ABŞ-ın Kobanidə baza qurması ilə bağlı iddialar həqiqəti əks etdirmir. O, əlavə edib ki, ABŞ-ın belə bir niyyəti yoxdur. Sinq İŞİD-lə mübarizəyə fokuslandıqlarını, lakin baza qurmaq kimi bir şeyin olmadığını vurğulayıb.

Bildirək ki, bu yaxınlarda Suriyanın Türkiyə ilə sərhədi üzərində yerləşən Kobanidə baza tikən ABŞ əsgərlərinin görüntüləri dərc edilib və ABŞ-ın Suriyanın şimalında başqa yerlərdə bazalar quracağına dair iddialar səsləndirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ