Netanyahu məhkəmə prosesinin təxirə salınmasını istədi


Netanyahu məhkəmənin təxirə salınmasını istəyib.

Turkustan.az xəbər verir ki, “Haaretz” qəzetinin məlumatına görə, dekabrın 29-da Qərbi Qüdsdəki Hadassa xəstəxanasında prostat əməliyyatı keçirən baş nazir Netanyahu səhhətində yaranan problemlər səbəbindən hakim qarşısına çıxa bilməyəcəyini məhkəməyə bildirib.

İsrail prokurorları Netanyahunun bəyanatını bu həftəyə təxirə salmaq istəyinə etiraz etməyəcəklərini açıqlayıblar.

Bildirək ki, baş nazir Netanyahu dekabrın 10-da Təl-Əviv Bölgə Məhkəməsində 3 ayrı korrupsiya işi üzrə ona qarşı açılan işdə ilk dəfə ifadə vermək üçün hakim qarşısına çıxıb.

İsraildə ən uzun müddətdir baş nazir olan 75 yaşlı Netanyahu ötən gecə prostat vəzindən əməliyyat olunduğu Qərbi Qüdsdəki xəstəxanadan evə buraxılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ