Tramp 2 ölkənin səfirliyinə namizədləri açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kuba əsilli iş adamı Benjamin Leonun Madridə, Co Popolonun isə Amsterdama səfir kimi namizədliyini irəli sürdüyünü açıqlayıb. O,Truth sosial media hesabındakı paylaşımlarında İspaniya və Hollandiya üzrə səfirliyə namizədləri açıqlayıb.
Leonun 16 yaşında Kubadan ABŞ-a gələn “uğurlu sahibkar” olduğunu bildirən Tramp, onu ABŞ-ın Madriddəki səfiri vəzifəsinə namizəd göstərdiyini bildirib.
Tramp ABŞ-ın Amsterdamdakı səfirliyinə namizədliyini irəli sürdüyü Popolo haqqında da, "Co müxtəlif sektorlarda uğur qazanmış iş adamı və xeyriyyəçidir" deyib.
Bildirək ki, Senat prezidentin səfir təyinatlarını təsdiqləməlidir.
Tramp səfirliyə namizədləri ilə yanaşı, maliyyə naziri vəzifəsinə irəli sürdüyü Scott Bessentlə işləyəcək şəxsləri də seçdiyini açıqlayıb.
Ken Kiesi Vergi Siyasəti üzrə Müşavir müavini seçdiyini bildirən Tramp, Kiesin 47 illik təcrübəyə malik vergi hüquqşünası olduğunu və daha əvvəl Konqresin Vergi Komitəsinin Baş katibi vəzifəsində çalışdığını bildirib.
Tramp qeyd edib ki, o, Alexandra Preate-ni xəzinədarlıq katibinin baş müşaviri təyin edib və Preate-ni “ictimaiyyətlə əlaqələr sahəsində təcrübəli menecer” kimi təqdim edib.
Aytən Yaşar/ Turkustan.az