Tramp hakim qarşısına çıxacaq


ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampa qarşı susqunluq ittihamı ilə açılan işə yanvarın 10-da baxılacaq.

Turkustan.az xəbər verir ki, Hakim Xuan Merçanın yaydığı açıqlamaya görə, Tramp istəsə, məhkəmədə onlayn iştirak edə bilər.

İşə səhər saat 9.30-da baxılacaq. Donald Trampın həbs cəzası almayacağı proqnozlaşdırılsa da, onun apellyasiya şikayəti verəcəyi gözlənilir.

Tramp aktyor Stormi Daniels ilə münasibətinə görə gündəmə gəlmişdi. Onun vəkili Maykl Koenin Danielsə susması üçün 130 min dollar verdiyi iddia edilib. İddialara uyğun olaraq açılan məhkəmənin qərarı yanvarın 10-da veriləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ