Görüş zamanı Bayden mümkün hücumla bağlı qərar qəbul etməyib
ABŞ Prezidenti Co Bayden köməkçiləri ilə İranın nüvə obyektlərinə zərbə endirmək planını müzakirə edib. AYNA xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
“Bir neçə həftə əvvəl milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Prezident Baydenə Tehran yanvarın 20-dək nüvə silahı hazırlamağa başlayarsa, ABŞ-ın İranın nüvə obyektlərinə mümkün hücumu variantlarını təqdim edib”, - nəşr yazıb.
Qeyd olunub ki, Prezident və komandası bir neçə variant və ssenarini müzakirə edib, lakin görüş zamanı Bayden mümkün hücumla bağlı qərar qəbul etməyib.
Digər mənbə bildirib ki, hazırda Ağ Evdə İranın nüvə obyektlərinə qarşı mümkün hərbi əməliyyatlarla bağlı aktiv müzakirələr aparılmır. /Ayna.az/