Tarix Türkiyənin o məsələdə haqlı olduğunu isbat edəcək – Ərdoğan


“Türkiyə Fələstinin tanınması istiqamətindəki diplomatik səyləri dəstəkləyib və bu yolda öncüllük edib”.

Turkustan.az “APA”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü il üzrə ixracat göstəricilərinə dair konfransda bildirib.

O, həmçinin Suriyada baş verənlərə toxunaraq, ölkəsinin bu yöndəki mövqeyində də haqlı olacağına inandığını söyləyib:

“Həm daxildən, həm də xaricdən yönələn tənqidlərə rəğmən ölkəmiz Suriya məsələsində haqlı idi. Tarix Qəzzada yaranmış böhran vəziyyəti ilə bağlı da məhz Türkiyənin haqlı olduğunu isbat edəcək”.


MANŞET XƏBƏRLƏRİ