Paşinyan yeni “qələbəsini” açıqladı: 34 kvadrat metrlik ərazi dövlətə qaytarılıb


Məhkəmənin qərarı ilə (barışma müqaviləsi ilə) Admiral İsakov, 25/2 ünvanında yerləşən ümumi sahəsi 34,76 kv.m olan ictimai ərazi və 2,1 hektar icma dəyərli torpaq sahəsinin dəyərində vəsait dövlətə qaytarılıb.

Turkustan.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.

Paşinyanın sözlərinə görə, həmin ərazilərin ümumi dəyəri təqribən 3,8 milyard dram (9 milyon 525 ABŞ dolları) olub.

Ermənistan baş nazirinin bunu “böyük qələbə” kimi təqdim etməyi yerli mediada tənqid olunur. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ