Suriyada Əsəd rejiminin çöküşü və bölgədən İranın çıxması İsrailin Suriya ilə bağlı planlarını pozdu. Əslində Türkiyə lideri Ərdoğanın ötən il "İsrailin əsl hədəfi Anadoludur" sözləri adi bir ifadə deyildi. Netanyahu hökuməti İranın Suriyadakı varlığından istifadə edib, Livandan sonra qədim Şam torpaqlarına hücum edəcək və bölgəni savaş meydanına cevirəcəkdi. Suriyada İsrailin yanında PKK/YPG terror təşkilatı olacaqdı. Türkiyə istərməsə belə ən azı öz sərhədlərini qorumaq üçün savaşa müdaxilə etmək məcburiyyətində qalacaqdı.
Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Ruslan Bəşirli qeyd edib.
O bildirib ki, Ankara həlledici qərararla rejimin devrilməsinə dəstək verdi və Netanyahu hökumətinin planlarını pozdu:
“İndi isə İsrailin məqsədi quruculuq mərhələsində olan yeni hökuməti savaşa cəlb etmək və bölgədə yeni müharibə meydanı yaratmaqdır. Savaşdan yeni çıxmış müxalif döyüşçülərin içində də İsrailə cavab vermək istəyənlərin sayı çoxdur. Lakin Ankara ilə məsləhət-məşvərət içində olan Suriya hökuməti yanlış qərarlar vermir”. /axar.az/