Cənubi Koreyanın eks-prezidenti Yun Sok Yol cangüdənləri və tərədarlarının müqavimətinə görə həbs oluna bilmir.
Turkustan.az xəbər verir ki, onun tərəfdarı səhər tezdən prezident iqamətgahı yaxınlığında toplaşıb və onun həbsinə mane olmağa çalışıblar.
Məhkəmə Yolun həbsinə üç ittiham üzrə icazə verib: vəzifə səlahiyyətlərindən sui-istifadə, hərbi vəziyyətin tətbiqinə qeyri-konstitusiya cəhdi və üsyana cəhd.
Onun həbsi üçün 150-ə yaxın hərbçi səfərbər edilsə də, bu, baş tutmayıb.
/globalinfo.az/