ABŞ yaxın vaxtlarda İrana hücum edə bilər – keçmiş diplomatın sensasion açıqlamaları


ABŞ-nin keçmiş xüsusi elçisinin müavini Riçard Nefyu, Foreign Affairs jurnalında dərc olunan məqaləsində Vaşinqtonun İranın nüvə proqramını dayandırmaq üçün son diplomatik səylər göstərməli olduğunu qeyd edib.

Turkustan.az-ın məlumatına görə, diplomat bildirib ki, əgər bu cəhdlər uğursuz olarsa, ABŞ İrana qarşı hərbi əməliyyat keçirməyə məcbur qala bilər.
Amerikalı diplomatdan XƏBƏRDARLIQ: ABŞ tezliklə İrana hücum edə bilər
Riçard Nefyu

Nefyu qeyd edib ki, ABŞ problemin həllini diplomatik yolla tapmağa üstünlük verir. Bunun əsas səbəbi isə hərbi əməliyyatın nəticələrinin uğurlu olacağına dair tam əminliyin olmamasıdır. ABŞ üçün İranla münaqişənin hərbi müstəviyə keçməsi əlavə risklər və regionda sabitliyin daha da pozulması ehtimalını artırır.

ABŞ-İran müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirmək perspektivi beynəlxalq arenada geniş müzakirə olunan məsələlərdən biridir. Nefyu bildirib ki, İranın nüvə proqramını dayandırmaq məqsədilə diplomatik vasitələrin tamamilə tükənməsi Vaşinqtonu bu istiqamətdə ciddi addımlar atmağa məcbur edə bilər.

Ekspertlər hesab edir ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyat qərarı regionda yeni böhran və gərginlik dalğasına səbəb ola bilər. Bununla belə, Vaşinqton hələ də diplomatiyaya üstünlük vermək niyyətindədir.

ABŞ-İran

Hazırda İran və ABŞ arasında gərginlik davam edir və yaxın gələcəkdə bu məsələnin necə həll olunacağı beynəlxalq diqqət mərkəzində qalacaq. Hər iki tərəfin atacağı addımlar regionda və dünyada təhlükəsizlik balansını müəyyən edə bilər. /musavat.com/


MANŞET XƏBƏRLƏRİ