Türkiyə Prezidenti və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyanın fevralın sonuna planlaşdırılan qurultayı öncəsi rəhbərlikdə və Nazirlər Kabinetində mühüm dəyişikliklərə hazırlaşır.
Turkustan.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Qurultayda yerli seçkilərdən sonra partiyanın yenidən təşkili ilə bağlı başlayan müzakirələrin yekunlaşacağı gözlənilir.
Məlumata görə, partiya rəhbərliyində böyük dəyişikliklər gözlənilir və təxminən eyni vaxtda Nazirlər Kabinetində də kadr dəyişikliyi olacaq. Partiya mənbələri ən azı 5-6 nazirin dəyişdirilə biləcəyini bildirir.
İddiaya görə, vitse-prezident Cövdət Yılmaz, maliyyə naziri Mehmet Şimşək, xarici işlər naziri Hakan Fidan, ətraf mühit naziri Murat Kurum və müdafiə naziri Yaşar Gülərin postlarını qoruyacağı gözlənilir.
İyun ayına kimi deputat qruplarının rəhbərliyində də dəyişikliklər gözlənilir. Qrupun 1 sədri və 5 sədr müavini üçün yeni seçkilər keçiriləcək.
Bundan əlavə, Türkiyə parlamentinin hazırkı sədri Numan Qurtulmuşun səlahiyyət müddəti iyunda başa çatır. Bununla belə, Qurtulmuş böyük ehtimalla bu posta namizəd olacaq./axar.az