Fələstin Mərkəzi Statistika Bürosu Qəzza əhalisinin sayındakı dəyişikliklərlə bağlı hesabat dərc edib.
Turkustan.az xəbər verir ki,Fələstin Mərkəzi Statistika Bürosu Qəzzada əhali dəyişiklikləri ilə bağlı hesabat dərc edib.
Nəşr edilən hesabata görə, Qəzzanın əhalisi 2024-cü ildə 6% azalıb. Qəzzada 45 min 545 adam həyatını itirərkən, 11 mindən çox insan itkin düşüb. İtkin düşənlərin əsasən dağıntılar altında qaldığı təxmin edilir.
Fələstin Mərkəzi Statistika Bürosunun açıqladığı rəqəmlərə görə, Qəzzanın əhalisi 2,1 milyon nəfərə düşüb.
İsrail Qəzzada hədə-qorxu, təhdid və məcburi köç tətbiqlərini davam etdirir, nazirlər qəzzalıların həmişəlik olaraq Qəzzanı tərk etmələri barədə bəyanatlar verirlər.
Aytən Yaşar/ Turkustan.az