İsveçin paytaxtı Stokholmda yüzlərlə insan Qəzza xalqı ilə həmrəylik əlaməti olaraq Yeni il şənliyini ləğv edərək Fələstinə dəstək nümayişi keçirib.
Turkustan.az xəbər verir ki, ölkədəki bir çox qeyri-hökumət təşkilatının çağırışı ilə havaların soyumasına baxmayaraq Segels Torq meydanına toplaşan nümayişçilər yeni ili qeyd etmək əvəzinə İsrail tərəfindən öldürülən uşaqlar və mülki vətəndaşlar üçün yas tutublar.
Nümayişçilər İsveç parlamentinə doğru yürüş edib və əllərində "Azad Fələstin, Azad Qəzza", "Soyqırımı dayandırın" və "İsraili boykot edin" yazılı plakatlar qaldırıblar.
Onlar Qəzzaya hücumların dərhal dayandırılmasını istəyib və "İşğala son" və "Qatil İsrail" kimi şüarlar səsləndiriblər.
Aytən Yaşar/ Turkustan.az