Əhməd Şəra Suriya xristian icmasının nümayəndələri ilə görüşdü


Əhməd Şəra növbəti görüşünü keçirib.

Turkustan.az xəbər verir ki, Suriyada yeni administrasiyanın rəhbəri Əhməd Şəra çərşənbə axşamı, dekabrın 31-də Suriya xristian icmasının nümayəndələri ilə görüşüb. Əhməd Şəra görüş zamanı azlıqlara qarşı heç bir ayrı-seçkiliyin olmayacağını vurğulayıb.

Şəra ələvilər də daxil olmaqla heç bir azlığa qisas və kin hissi ilə yanaşmayacaqlarını, əhatəli siyasət yürüdəcəklərini bildirib.

O, əvvəlki müsahibələrində Suriyanın Əfqanıstandan fərqli olduğunu, fərqli etnik və dini qruplardan ibarət olduğunu bildirmiş və Suriyanın idarəçiliyinin Suriya sosiologiyası ilə uyğunlaşacağını vurğulamışdı.

Bildirək ki, Suriyalı xristianlar daha çox paytaxt Dəməşq və Hələb ətrafında yaşayırlar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Aprel 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930