"İstanbul Putin və Tramp üçün uyğun görüş yeri ola bilər".
Turkustan.az xəbər verir ki, bunu türkiyəli politoloq, Ankara-Moskva analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer deyib .
O qeyd edib ki, bu şəhər mümkün danışıqlar üçün texniki cəhətdən münasib və dəqiq yerdir, onun əsas mövzularından biri anti-Rusiya sanksiyalarının ləğvi olacaq.
“Gözlənilir ki, energetika və maliyyə sahəsində beynəlxalq sanksiyalar aradan qaldırılmayacaq, lakin bəzi məsələlər, məsələn, Rusiyaya birbaşa uçuşlar üzrə sanksiyalar aradan qaldırıla bilər”. O əlavə edib ki, Türkiyə iki lider arasında görüşə ev sahibliyi etməyə layiqdir.
Bundan əvvəl Tramp Ukrayna münaqişəsinin həlli üçün Putinlə görüşü gözləyəcəyini bildirmişdi. Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Trampın Rusiya lideri ilə əlaqə ilə bağlı hələlik heç bir impulsları olmayıb.
Aytən Yaşar/ Turkustan.az