Makron parlamentlə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron xalqa Yeni il müraciəti zamanı deyib ki, parlamentin buraxılması “həll yollarından daha çox fikir ayrılığı gətirdi" - bu barədə BFMTV məlumat yayıb .
Fransa lideri hakimiyyətin siyasi qeyri-sabitliklə üzləşdiyini vurğulayıb. Makron izah edib ki, o, “hərəkətsizliyin qarşısını almaq üçün” parlamenti buraxmaq qərarına gəlib.
Dekabrın 4-də Fransa parlamentinin aşağı palatası Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamənin lehinə səs verib. Nazirlər Kabinetinə etimadsızlıq səsverməsi belə bir qərar üçün lazım olan 289 parlamentaridən 331-i tərəfindən dəstəklənib.
Aytən Yaşar/ Turkustan.az