Tramp Karterin dəfn mərasimində iştirak etməyi planlaşdırdığını bildirib.
Turkustan.az xəbər verir ki, Amerikanın yeni seçilmiş lideri Donald Tramp ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin dəfn mərasimində iştirak edəcəyini bildirib. Bu barədə TASS məlumat yayıb .
"Mən orada olacağam, bizi dəvət etdilər"-deyə, siyasətçi, Mar-a-Laqo mülkündə Yeni il tədbiri zamanı bildirib.
Bildirək ki, Karter dekabrın 29-da 100 yaşında vəfat edib. Onun son illər dəri xərçənginin aqressiv forması ilə mübarizə apardığı məlum olub.
Siyasətçi Demokratlar Partiyasının nümayəndəsi olub və 1977-1981-ci illərdə ABŞ-a rəhbərlik edib. Onu sülhməramlı prezident adlandırdılar, çünki onun hakimiyyəti dövründə İsrail və Misir arasında Kemp Devid sazişləri imzalanmışdı.
ABŞ - ın yeni seçilmiş prezidenti Donald Tramp və səlahiyyət müddəti başa çatan Co Bayden Karterin ölümü ilə bağlı başsağlığı veriblər. Yanvarın 9-u ölkədə matəm günü elan edilib.
Aytən Yaşar/ Turkustan.az