Tbilisidə etirazçılar parlament binası yaxınlığında yeni ili qarşılayıb


Paytaxtın mərkəzinə mindən çox insan toplaşıb.

Turkustan.az xəbər verir ki,Tbilisidə hökumət əleyhinə mitinq iştirakçıları Yeni ili qeyd etməyi planlaşdırdıqları parlament binasının yaxınlığında toplaşıblar.

Onlar nəqliyyatın hərəkəti üçün bağlı olan Rustaveli prospektində uzun süfrə açıb, evdən gətirilən müxtəlif yeməkləri süfrələrə düzüblər. Səlahiyyətləri dekabrın 29-da başa çatan eks-prezident Salome Zurabişvili daha əvvəl bildirmişdi ki, yeni ili etirazçılarla birlikdə Rustaveli prospektində qeyd edəcək.

Bildirək ki, noyabrın 28-də Gürcüstanda yeni etirazlar başlayıb. Hər gün parlament binası yaxınlığında etiraz aksiyaları keçirilir. Mitinqlərin ilk həftəsi ən gərgin idi. Bəzi etirazçılar su şırnaqları və gözyaşardıcı qazdan istifadə edən təhlükəsizlik qüvvələrinə qarşı pirotexniki vasitələrdən istifadə ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ