Əsədin qadağan etdiyi dağa ziyarətçilər axın etdi.
Turkustan.az xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə strateji mövqeyə malik olduğu üçün Bəşər Əsəd rejimi tərəfindən qadağan edilən Kasyun dağına çıxan suriyalılar şəhəri quşbaxışı ilə seyr edərək mənzərədən həzz alırlar.
Suriyada Əsəd rejiminin tətbiq etdiyi qadağalar və inqilablar birlikdə sona çatdı. Bəşər Əsədin 15 il əvvəl girişini qadağan etdiyi Kasyun dağı rejimin devrilməsindən sonra ziyarətçilərlə dolub. Suriyalılar dağda çay içib, panoramik mənzərədən həzz alıb, xatirə şəkilləri çəkdiriblər.
Bəşər Əsəd Dəməşq və oradakı saraylar üzərində strateji nəzarəti saxladığı üçün Kasyun dağının yüksəkliklərinə gedən yolu mülki şəxslərin üzünə bağlayıb və yol boyu təhlükəsizlik məntəqələri yaradıb. Müxalifət qruplarının dağın bəzi hissələrini ələ keçirmək istəyinə cavab olaraq rejim Kasyuna intensiv əməliyyat keçirib.
Aytən Yaşar/ Turkustan.az