Ukrayna prezidenti Zelenski Suriya ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiha dünən Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd Şara ilə görüşüb. Nazir Sybiha Suriyanın yeni administrasiyasının Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək verməsini gözlədiklərini bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski görüşlə bağlı deyib: “Ukrayna nümayəndə heyəti Suriya administrasiyası, lider Əhməd Əl-Şara və nazirlərlə mühüm görüşlər keçirib. Biz Suriya xalqını onilliklər boyu davam edən diktatura idarəçiliyinə qalib gəlməkdə və Suriyada sabitliyin, təhlükəsizliyin və normal həyatın bərpasında dəstəkləyirik və Suriyada normal və sabit həyatı bərpa etmək imkanını həqiqətən qiymətləndiririk və uzunmüddətli, strateji əlaqələri inkişaf etdirməyə hazırıq”.
Aytən Yaşar/ Turkustan.az