Yeni Zelandiya artıq 2025-ə "SALAM" dedi


Hər il olduğu kimi bu il də 2025-ci ili ilk olaraq Sakit okeanın cənubundakı ölkələr qarşılayıb.

Turkustan.az xəbər verir ki, Yeni Zelandiya 2025-ci ilə Bakı vaxtı ilə saat 15:00-da daxil oldu. Paytaxt Oklend başda olmaqla bir çox şəhərdə Yeni il coşğu ilə qarşılanıb. Oklend və Vellinqton şəhərlərində möhtəşəm atəşfəşanlıq olub.

Minlərlə insan şəhərin mərkəzinə toplaşıb və atəşfəşanlığa tamaşa ediblər.

Şəhərdə yerli tayfaları əks etdirən işıq şousu keçirilib. Yeni Zelandiyadan sonra Avstraliya 2025-ci ilə Bakı vaxtı ilə 15.00-da daxil olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ