Prezident Rəcəb Tayyib Ərdoğan 2024-cü ilin son günündə yeni illə bağlı mühüm mesajlar paylaşıb.
O, iqtisadiyyatdan siyasətə qədər bir çox mövzuda mühüm qiymətləndirmələr edib.
Turkustan.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan 2024-cü ilin son günündə yeni illə bağlı videomüraciət yayımlayıb və iqtisadiyyat, daxili siyasət və xarici siyasətlə bağlı mühüm məqamlara toxunub. Ərdoğan 2025-ci il hədəfləri ilə bağlı mesajlar verib və xüsusilə də fürsətçilərlə mübarizədə qərarlı olduqlarını vurğulayıb.
Qiymət artımına səbəb olan fürsətçilərə qarşı mübarizənin davam edəcəyini bildirən Ərdoğan deyib:
"2025-ci ildə millətin çörəyinə tamah salan fürsətçilərə qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Lazım olanda dövlətimizin dəmir yumruğunu məxməri əlcəkdə işə salmaqdan çəkinməyəcəyik".
2025-ci ildə terrorsuz Türkiyə və bölgə vizyonunu reallaşdırmaq istədiklərini ifadə edən Ərdoğan "Yeni ildə bu hədəfə doğru qəti addımlar atacağıq. Ümid edirik ki, millətimizə yeni müjdələr verəcəyik",- deyə qeyd edib.
Türkiyənin Suriyada sabitliyin təmini və Qəzzadakı qırğınlara son qoyulması üçün sıx səylər göstərdiyini ifadə edən Prezident "Paytaxtı Şərqi Qüds olan azad və suveren Fələstin dövlətinin qurulması üçün işimizi davam etdirəcəyik",- deyib. Daxili siyasətdə birlik və həmrəyliyin güclənəcəyinideyən Ərdoğan
“Türkiyə əsrini qardaşlıq əsri etməkdə qərarlıyıq”,-deyə bildirib. /Cebheinfo.az/