Suriya silahlarını Ukraynaya göndərir? - İDDİA


Suriyada Əsəd rejimindən qalan sursatlar Yunanıstan vasitəsilə Ukraynaya daşına bilər.

Turkustan.az xəbər verir ki, iddianı Yunanıstanda nəşr olunan “Neo Strategy” qəzeti yayıb. "Zafeiris Hatzidimos" imzası ilə yayımlanan xəbərdə sözügedən sursatın hansı marşrutla daşınacağı, əvvəlcə dəniz, sonra qurudan istifadə ediləcəyi bildirilir. Aleksandrupoli limanına gələcək döyüş sursatlarının Bolqarıstan və Rumıniya üzərindən Ukraynaya çatdırılacağı qeyd edilir.

"Neo Strategy" xəbərində Suriya sursatların vaxtında və təhlükəsiz şəkildə Suriyadan Ukraynaya köçürülməsi halında Rusiya qüvvələrinin ümumi hücumunun dayandırıla biləcəyi bildirilir və sursat üçün bu məlumatlar verilir: " Suriyanın ehtiyatında təxminən 1 milyon 600 min 152 mm çaplı raket var. 152 mm-lik artilleriya mərmiləri həm Sovet dövründən qalma artilleriya, həm də Ukraynanın istifadə etdiyi müasir Qərb sistemləri ilə uyğun gəlir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ