Suriyada bir ilk: Qadın bank rəhbəri təyin edildi


Suriyada yeni dövrün dominant gücü olan Heyət Təhrir Əl-Şam, Maysaa Sabrinanı Suriya Mərkəzi Bankının prezidenti təyin etdi.

Turkustan.az xəbər verir ki, Heyət Əl-Təhrir əl-Şam qruplaşmasının qurduğu keçid administrasiyası Suriyanın yeni dövrünü formalaşdırmağa davam edir. Keçid hökuməti Suriya Mərkəzi Bankının müdir müavini vəzifəsində çalışmış Maysaa Sabrinanı qurumun rəhbəri təyin etdiyini açıqlayıb.

2021-ci ildə devrilmiş prezident Bəşər Əsəd tərəfindən qubernator təyin edilən və 3 ildir Mərkəzi Bankın müavini vəzifəsini icra edən Məhəmməd İssam Hazimenin yerinə təyin edilən Sabrin, 70 ildən çox müddətdə quruma rəhbərlik edən ilk qadın olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ