Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və Böyük Britaniyanın qərb sahilindəki Hudeyda şəhərinə hava zərbələri endiriblər.
Turkustan.az xəbər verir ki, Yəməndə husilərə aid olan əl-Məsirə televiziyasının Telegram hesabında edilən paylaşımda ABŞ və İngiltərənin Hudeydə şəhərinə iki hava hücumu təşkil etdiyi bildirilib.
AA xəbərinə görə; Yazıda hücumların şəhərin cənubundakı Tuhita rayonunda həyata keçirildiyi, can itkisi və ya digər təfərrüatlar barədə məlumat verilmədiyi bildirilib.
Bildirək ki, dekabrın 26-da İsrail husilərin nəzarətində olan paytaxt Səna və Qırmızı dəniz sahilindəki Hudeyda şəhərinə hava zərbələri endirib. Hücumlarda 6 nəfərin öldüyü, 40 nəfərin yaralandığı bildirilib.
Hudeyda şəhəri beynəlxalq hava limanı, 3 mühüm limanı və uzun sahil xəttinə malik olduğu üçün Yəmənin ən strateji bölgələrindən biri hesab olunur.
Aytən Yaşar/ Turkustan.az