Qərar qəbul edildi: Cənubi Koreyanın eks prezidenti həbs edilir


Cənubi Koreyanın sabiq prezidenti barədə həbs qərarı çıxarıldı.

Turkustan.az xəbər verir ki, Cənubi Koreyada Seul Qərb Dairə Məhkəməsi Korrupsiya İstintaq İdarəsi Təhlükəsizlik Baş İdarəsi və Müdafiə Nazirliyinin yüksək səviyyəli məmurlara qarşı birgə istintaqı çərçivəsində prezident Yoon Suk Yeol-un həbs tələbini qəbul edib.

AA-nın Yonhap-a əsaslanan xəbərinə görə; Məhkəmə “iğtişaş” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə aparılan istintaqda Yoon barəsində həbs qərarı çıxarıb və müstəntiqlərin prezident iqamətgahında axtarış aparılması ilə bağlı vəsatətini də təmin edib.

Müstəntiqlərə əmrləri yerinə yetirmək üçün bir həftə vaxt verilib.

Məlumat üçün bildirək ki, İstintaqı aparan orqanlar dekabrın 18, 25 və 29-da prezidenti üç dəfə dindirməyə çağırıb, lakin Yoon zənglərə cavab verməyib və ötən gün həbsi tələb edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ