Rusiya Trampın Ukrayna ilə bağlı bu təklifini rədd etdi


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın 47-ci prezidenti Donald Tramp və komandasının Ukrayna ilə bağlı təkliflərini rədd edib.

Turkustan.az xəbər verir ki, Donald Tramp “Time” jurnalına müsahibəsində Ukraynadakı münaqişənin dondurulmasını və sonradan yenidən danışıqların aparılmasını təklif edib. Digər tərəfdən, Donald Trampın komandasının Ukraynanın NATO üzvlüyünü 20 il təxirə salmaq təklifini dəyərləndirən Sergey Lavrov belə bir təklifi qəbul edə bilməyəcəklərini açıqlayıb.

Lavrov Ukraynada mümkün sülhlə bağlı mühüm açıqlamalar verib. O, bəyan edib ki, Ukraynada sülh ancaq Putinin yayda irəli sürdüyü prinsiplər əsasında əldə edilə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ