Rusiya qoşunları Ermənistan-İran sərhədindən çıxarıldı


Rusiya qoşunları Ermənistan-İran sərhədindən çıxarılıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, bu gündən etibarən Ermənistan və İran arasındakı dövlət sərhədində yerləşən Aqarak sərhəd-keçid məntəqəsində sərhəd nəzarətini yalnız Ermənistanın sərhəd qoşunları həyata keçirəcək.

O, uzun illər ərzində sərhəddə xidmət göstərmiş Rusiya sərhədçilərinə təşəkkür edib və Ermənistan sərhədçilərinə uğurlar arzulayıb. /modern.az/


MANŞET XƏBƏRLƏRİ